BMU-da “Semestrin ən uğurlu layihəsi” müsabiqəsi keçirilib_ETV Xəbər

0
411


BMU-da dərslərin layihə əsaslı təmin edilməsi yanaşmasını stimullaşdırmaq və təşviq etmək üçün “Semestrin ən uğurlu layihəsi” müsabiqəsi təşkil edilib.

Müsabiqədə iştirak etmək üçün Cari semestr müddətində tədris prosesində ortaya çıxan qənaətbəxş layihələr “Semestrin ən uğurlu layihəsi” müsabiqəsinə təqdim edilib.
Universitetlərdə tədris və tədqiqat işlərinin keyfiyyətinin daha da artırlması üçün dəsrlərin layihə əsaslı təmin edilməsi metodu dünyanın qabaqcıl universitetlərində tətbiq olunan üsullardandır. Xüsusilə, yenilikçi yanaşmaların genişləndirilməsi, eləcə də professor-müəllim heyəti və tələbələr arasında innovativ təşəbbüskarlığı təşviq etmək üçün dərslərin layihə əsaslı qurulması əhəmiyyətli məqamlardandır.
Təqdim olunan layihələrdə iddia olunan xidmət və ya məhsulun kreativliyi və təşəbbüskarlığı nəzərə alınıb. O cümlədən layihə üzərində görülən işlər, həmçinin layihənin ortaya çıxdığı dərsin və müəllimin rolu qiymətləndirilib.
Hər bir layihənin təqdimatına 8 dəqiqə vaxt ayırlıb.

Münsiflər Heyətinin seçdiyi ən yaxşı 3 layihə və layihəni təqdim edən tələbəyə və müəllimə həvəsləndirici addımlar nəzərdə tutulub.

Şərh yoxdur

Şərh yaz