BMU-da “III Qış Elm Festivalı” keçirilib_ETV Xəbər

0
317


Bakı Mühəndislik Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “III Qış Elm Festivalı” keçirilib. Festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən bir birindən maraqlı 100-ə yaxın layihə nümayiş etdirilib. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyalarında təqdim olunub.
Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov festivalda iştirak edib, layihələrlə tanış olub və iştirakçılara uğurlar arzulayıb. Rektor qeyd edib ki, festival tələbələrin elmə olan marağının artırılmasında, həm də tələbələrdən motivasiyasının yüksəlməsində mühüm rol oynayır. Bakı Mühəndislik Universiteti hər zaman tələbələrin elmi yeniliklərini dəstəkləyir.

Sərgidən sonra, müsabiqənin mükafatlandırma hissəsi baş tutub. Sonda qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırılıblar. Mükafatlandırma mərasimində BMU-nun prorektoru professor Həmzağa Orucov çıxış edərək qalibləri təbrik edib. O, qeyd edib ki, festivalı universitet tələbələrinin təşkil etməsi müsbət haldır.
Sonda iştirakçılar birgə xatirə şəkili şəkdiriblər.
Bənövşə Əliyeva, Kəmalə Məmmədova, Fuad Şərbətov, ETV Xəbər

Şərh yoxdur

Şərh yaz