BMU-da “Peru milli yeməkləri” sərgisi keçirilib_ETV Xəbər

0
245


Bakı Mühəndislik Universitetinin xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə universitetdə “Peru-Azərbaycan Əlaqələri” adlı tədbir keçirilib.
İlk öncə universitetin foyesində təşkil olunan “Peru milli yeməkləri” sərgisində iştirak edən Perunun ölkəmizdəki səfiri Luis Chang Boldrini burada oxuyan xarici tələbələrlə görüşüb və sərgidə nümayiş olunan yeməklər haqqında tədbir iştirakçılarına məlumat verilib.
Perunun ölkəmizdəki səfiri Luis Chang Boldrini Azərbaycanla ölkəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu və xüsusən təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. Bu səbəbdən də Peru universitetləri ilə BMU arasında əməkdaşlığının önəmini qeyd edib səfir auditoriyanın suallarını da cavablandırıb. Tədbir çərçivəsində universitetdə təhsil alan Perulu tələbələr tərəfindən Peru mədəniyyəti və sənədli film nümayiş olunub.

Bənövşə Əliyeva, Fuad Şərbətov, ETV Xəbər

Şərh yoxdur

Şərh yaz