İdmanın şahı “FUTBOL”

0
80

İdman növlərinin şahı futbol sayılır. Futbol Futbol Assosiasiyanın qaydalarına görə futbol və Amerika futbolu olmaqla iki yerə bölünür. Futbolun bir çox növləri vardır ki, onlardan futzal və ya mini futbol, böyük futbol və çimərlik futbolu misal göstərmək olar.

Futbolun növlərindən biri olan “Futzal” hər komandada beş oyunçudan ibarət olmaqla oynanılır. Oyun zamanı yeddi dəyişiklik edilə bilər. Futzalda ilk dəfə bəynalxalq yarış 1965-ci ildə keçirilib və hal-hazırda brazilyalılar bu sahədə liderlik edirlər. Azərbaycan millisi futzal üzrə dünya yığmalarının reytinq siyahısında onuncu yeri tutur. Futzal komandamız ilk dəfə olaraq 2010-cu ildə futzal üzrə UEFA Avropa çempionatının ilk mərhələsində çıxış edib. Macarıstanda keçirilən UEFA Avropa çempionatında seçmə mərhələni məğlubiyyətsiz başa vurmaqla yanaşı dördüncü yerdə tamamlayıb. 2016-ci ildə Serbiyada keçirilən UEFA Avropa çempionatının ¼ final mərhələsində mübarizəsini dayandırıb. Azərbaycan milli futzal komandası Kolumbiyada keçirilən FİFA dünya çempionatını ¼ final mərhələsində tamamlayaraq yarışda ən yaxşı nəticəsini qazanıb. Milli seçməmiz yarışda 5 oyun keçirməklə rəqib qapılara on qol vuraraq bir qalibiyyət, bir heç-heçə ilə yanaşı bir dəfə məğlubiyyətə uğramışdır.

Futbolun digər növlərindən biri də çimərlik futboludur. 1992-ci ildə bir sıra qaydalar qəbul olundu və Los-Ancels şəhərində yaradıldı. Çimərlik futbolu hər iki komandada heyətində bir nəfər qapıçı və dörd nəfər sahə oyunçusundan ibarət olur. Beş oyunçu ilə oynanılmaqla yanaşı əvəz etmələrdə heç bir məhdudiyyət qoyulmur. Hər hissə 12 dəqiqə və üç əsas hissədən ibarət olmaqla yanaşı oyun bərabərə başa çatarsa üç dəqiqəlik əlavə vaxt artırılır.

Futbolun növlərindən biri sayılan böyük futbol daha çox populyarlıq qazanmışdır. Böyük futbol iki fasilədən ibarət olaraq 90 dəqiqə oynanılır və oyun zamanı yaranan fasilələr əlavə vaxt olaraq oyuna əlavə olunur. Rəsmi oyunlar zamanı 3 oyunçu dəyişikliyinə icazə verilir. Futbol ingilis dilində “foot-ayaq”, “ball-top” mənalarını daşıyır. Futbol XIX əsrin 60-cı illərində yaranmış hesab olunur. Futbol qaydaları 1848-ci ildə İngiltərədə qəbul olunub. 1857-ci ildə İngiltərədə dünyada ilk futbol komandası “Sheffield” yarandığına görə futbol azərkeşləri düşünürlər ki, futbolun vətəni İngiltərədir. Böyük futbolda dünya reytinqində hal-hazırda almanlar, brazilyalılar, portuqalyalılar ilk üç sıralamada yer alır. Dünyada Almanya bundesliqası, İtalya serie A, İspan Laliqası, İngiltərə premier liqası məşhur liqalardandır. Ölkələr üzrə futbol liqaları altı konfedrasiyaya ayrılır: Avropa Futbol Assosiyasıları İttifaqı (UEFA), Afrika Futbol Konfederasiya (CAF), Asiya Futbol Konfederasiyası (AFC), Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), Şimali və Mərkəzi Amerika və Karib dəniz hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası(KONKAKAF), Okeaniya Futbol Konfederasiyasına bölünür. Bunlardan FİFA-ya daxil olan ən nüfuzlu və zəngini UEFA konfederasiyasıdır. Dünyadakı bütün güclü futbolçular bu səbəbdən Avropada oynayırlar. Əsasən futbolçulara ən yüksək məbləğli maaşlar İngiltərədə, Fransada, Italyada, Ispanyada və Almaniyada verilir. UEFA 1954-cü 2 il iyunun 15-i İsveçrənin Basel şəhərində yaradılıb və ilk prezidenti Ebbe Schwartz olmuşdur. UEFA-da 54 ölkə iştirak etməklə ən çox gəlirli ölkə liqası İngiltərə Premyer Liqasıdır. İngiltərə Premyer Liqasında 20 komanda iştirak edir və hər bir klub mövsum ərzində 38 oyunda iştirak edir. Premyer Liqada Mançestr Yunayted 13 dəfə çempion olmaqla ən uğurlu klub sayılır. Sezon sonunda İngiltərə Premyer Liqasında ilk dörd komanda UEFA Çempionlar Liqasına sonrakı üç yeri tutan komanda isə UEFA Çempionlar Liqasına qatılmaqla yanaşı son üç yeri tutan komanda isə alt liqa olan Çempionşipə enir. İngiltərə Premyer liqasının son çempionu olan Çelsi komandası UEFA Çempionlar Liqasının 2011/2012 mövsümündə final mərhələsinə yüksəldikdən sonra Bayer Münheni məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanmışdır.UEFA Çempionlar Liqasının son qalibi isə Real Madrid komandasıdır. UEFA Avropa Liqasında isə 5 dəfə çempion olmaqla ən uğurlu klub Sevilyadır.Mançestr Yunayted final mərhələsində Ayaks klubuna qalib gələrək son çempion adını qazanmışdır. UEFA turnirində Azərbaycan da bir sıra uğurlara nail olmuşdur.Tarix ərzində Azərbaycanın 3 klubu Qəbələ fk, Neftçi PFK, Qarabağ Fk UEFA qrup mərhələsində iştirak etmişdir. Neftçi 2012/2013 ilk dəfə qrup mərhələsini qazanan Azərbaycan klubu olmuşdur.UEFA Çempionlar Liqasında ilk dəfə iştirak edən Azərbaycan klubu isə Qarabağ Futbol Klubu olmuşdur.Qarabağ Futbol Klubu qrupda 2 heç-heçəyə nail olmaqla yanaşı qrupda sonuncu yeri tutmuşdur.Qarabağ Futbol Klubu klubların UEFA reytinqində hal-hazırda 68-ci yerdə qərarlaşmışdır. Ölkə başçımız İlham Əliyevin futbola göstərdiyi qayğı nəticəsində ölkə futbolumuz günü-gündən inkşaf edir.
Prezidentimiz İlham Əliyevin də dediyi kimi: “İndi Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır”.

Vələdov Kamal

Şərh yoxdur

Şərh yaz