“Azercell”in prezidenti BMU-da_ETV Xəbər

0
77


Dekabrın 14-də “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin qonağı olub.
Tələbələrlə görüşən Vahid Mürsəliyev qeyd edib ki, “tələbələr və gənclərlə görüşə tez-tez gedirəm. Məqsədim gənclərdə uğura doğru stimul yaratmaqdır. Bura gələndə bilirdim ki, ən savadlı tələbələrin qarşısında çıxış edəcəm.”
Həyat və əmək fəaliyyətini əks etdirən “Uğur hekayəsi” ni danışan natiq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev “Azercell”in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.

Şərh yoxdur

Şərh yaz