Gələ o zaman…

0
75

Xəbər alsa məni bir kimsə səndən
Denən görüşürük günəş batanda
Kölgəsi qaranlıq o cavan oğlan
Gəlir pəncərəmə mən hər yatanda

Etmirsən bir soraq, gəlmir xəbərin
Bilmirəm hardasan gəzirəm səni…
Belkə də bilmədən sən mən olmusan
Nədənsə ruhumda sezirəm səni.

Əzrail burdadı gəlib can üstə
Gözləyir son dəfə görüm üzünü
Heçmi olmamışdı bizimçün bir şans?
Heçmi sevməmişdin, denən düzünü?!

Təklik deyirlər ki, Allaha məxsus
Sənsizlik bəs təklik deyilmi mənə?
Unutmaq istədim, amma ki əfsus,
Səni yada salib qəmləndim yenə.

Xəyalım bir dünya, sənsə hava,su
O dünya məhv olar olmasan bir an
Məktəb kolidoru, sənin gülüşün…
Ey tanrım, kaş bir də gələ o zaman! (Rəşad Buliyev)

Şərh yoxdur

Şərh yaz