BMU-da P&EMakers’ DAYS tədbiri keçirilib_ETV Xəbər

0
217


Bakı Mühəndislik Universitetində “Öyrən, Öyrət, Qur, İnkişaf et….” şüarı ilə bu gün başlayan və iki gün davam edəcək “Makers’ Days” tədbiri keçirilib. Tədbirin məqsədi, tələbələrin sektordakı böyük firma, şirkətlər və professional mütəxəssislərin işləri və onların öz yeni texnologiyaları ilə əlaqəli məlumat ala bilmələri, eyni zamanda bu firma və şirkətlərin gələcəyin mühəndisləri ilə bu gündən tanış olub, onlara öz iş təcrübələrindən bəhs edərək daha keyfiyyətli yeni kadrların yetişməsidir. Tədbir universitetin tələbələrindən ibarət “ProgElectro” komandası tərəfindən təşkil edilib. 4 Ay müddətində hazırlıq işləri aparılmış tədbirə şirkətlər diqqətlə yanaşmış və sponsorluq etmişlər.
Tədbirin ilk günü Cavid Məmmədov, Elvin Dadaşsoy, Anar Rüstəmov və Orxan Şahbazovun təqdimatında ardıcıl olaraq “Elektronika sahəsinin hazırki vəziyyəti”, “Biznes Psixologiyası”, “Şəxsi həyatımızın layihə rəhbəri” , “Dağ” və s. adlı məruzələri dinlənilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, iki gün davam edən tədbirdə, məruzələr dinlənilib və tələbələr tərəfindən hazırlanmış robotexnologiya məhsulları arasında yarışma təşkil olunub.
“ProgElectro” komandası ölkəmizdə Robotika sənayesinin inkişafını və gənclərin bu sahəyə diqqətini çəkmək məqsədi ilə ənənəvi olaraq hər il noyabr ayında akademik heyət, mühəndis və tələbələri P&E Makers’ DAYS-də görüşdürməyi planlayır.

İmran İmrani, Kəmalə Məmmədova, Bənövşə Əliyeva ETV Xəbər

Şərh yoxdur

Şərh yaz