Bir dəfə yüksələn bayraq Bir daha heç enməyəcək!

0
129

Biz ki türkük, əbədiyik,
Hər zaman birgəyik, birik
Ki heç vaxtı əyilmərik.
Bizə bağlı bu yurd, ocaq.
Ocağımız sönməyəcək,
Bir dəfə yüksələn bayraq
Bir daha heç enməyəcək!

Neçə-neçə mərd, qəhrəman
Əldə bayraq, Azərbaycan
Deyə-deyə vermişdir can
Biz də olub elə qoçaq
Bu amaldan dönməyəcək,
Bir dəfə yüksələn bayraq
Bir daha heç enməyəcək!

Düşmən belə xar olacaq,
Ona hər yer dar olacaq,
Hamısına car olacaq,
Tapdaq olmaz özgə torpaq!
Birdə bura çönməyəcək,
Bir dəfə yüksələn bayraq
Bir daha heç enməyəcək!

Qan tökəcək qana Vətən
Can alacaq cana Vətən
Tam olmalı ana Vətən!
Çəkiləcək düşmənə dağ,
Dağ ağrısı dinməyəcək.
Bir dəfə yüksələn bayraq
Ehtiman, heç enməyəcək! (2014)
Ehtiman Nurəlizadə

Şərh yoxdur

Şərh yaz