Yazıçı Elxan Elatlı Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüb

0
62

Noyabrın 1-də Bakı Mühəndislik Universitetində Azərbaycanın yazarlarından Elxan Elatlı ilə görüş keçirilib. “Nodex” klubun təşkilatçılığı ilə keçirilən görüşə maraq olduqca yüksək olması ilə diqqət çəkib.


Tələbələrə öz tövsiyyələrini, uğur qazanmanın yollarından, kitabın bir xəzinə olmasından söz açıb. Bildirib ki, “Mən oxucu sayından şikayətlənməmişəm. Həm mənim kitablarımı, həm də başqa yazıcıların kitablarını oxuyanlar var. Bir kitabı oxuyub onun hər bir cümləsini anlamaq çətin işidir. Bəzən isə əziyyətlidir. Ona görə kimlər kitab oxuyursa, onlara, həqiqətən, əhsən demək olar”.
Yazıçının universitetimiz və tələbələrimiz haqqında düşüncələri də çox ürəkaçan idi. Hətta Tələbələrin suallarını cavablandıran yazıçı görüşdən məmnun qaldığını dilə gətirdi. Qeyd edib ki, Bakı Mühəndislik Universitetinin tələbələrindən biri olan Murad Bayramov yazıçının romanlarından birini ingilis dilinə tərcümə edib və yazının da çap olunması gözlənilir.


Oxucuları ilə keçirdiyi səmimi vaxtdan sonra Elxan Elatlı onlarla şəkil çəkdirib, imza mərasimi keçirib. Sonda isə yazıçı tələbələrlə universitetdə yaradılmış şəraitlə yaxından tanış olub.

Abdullayeva Səriyyə

Şərh yoxdur

Şərh yaz