BMU-da “Gələcək karyerasını düşünən gənclər” üçün təlim keçirilib

0
99

Oktyabrın 31-də Bakı Mühəndislik Universitetində “Business Club Azerbaijan” şirkətinin tərəfdaşlığı və “BEU-Business Club”un təşkilatçılığı ilə “CV necə hazırlanmalıdır” adlı təlim keçirilib.

Təlimdə məruzə ilə çıxış edən “Business Club Azerbaijan”-ın həmtəsisçisi Əli Tağızadə
“karyera həyatınızda şəxsiyyət vəsiqəniz rolunu oynayan CV-nizi nə dərəcədə düzgün tərtib etmisiniz?”, “Göndərdiyiniz CV-lərin geridönüş faizi nə qədərdir?”, “CV göndərdiyiniz yerlər sizi hansı səbəblərə görə müsahibəyə dəvət etmir?”, “Düzgün tərtib olunmuş CV necə olur?” və bu kimi digər suallara aydınlıq gətirib.

Seminarda gələcək karyerasını düşünən və karyera həyatına yeni başlayan tələbələr və gənclər iştirak ediblər.
Qeyd edək ki, Əli Tağızadə İndiyə qədər 700-dən çox şəxsə effektiv CV hazırlanması, Müsahibəyə hazırlıq, Təqdimat bacarıqları sahələri üzrə təlim keçmişdir. Hazırda beynəlxalq araşdırma şirkəti olan “Business Insight International Research Group”-da Layihə Meneceri vəzifəsində çalışır.

Şərh yoxdur

Şərh yaz