Bakı Mühəndislik Universitetində Qan vermə aksiyası keçirilib_ETV Xəbər

0
210


Aksiyada universitet müəllimləri və tələbələri iştirak edib.
Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, qan verdiyi cari il ərzində əməliyyat edilməməli və qanla keçə biləcək hər hansı bir xəstəliyin daşıyıcısı olmamalıdır. Bu gün keçirilən aksiya çərçivəsində də donorlar əvvəlcə həkim nəzarətindən keçirildi, daha sonra isə qan verdi. Aksiyada iştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdilər və digər şəxsləri də qanvermədə iştirak etməyə səslədilər.
Mərkəzi Qan Bankının həkimi Nərmin Abdullayeva universitetdə aksiyanın keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib. Məqsəd hemofiliyalı və talessemiyalı xəstələrə yardım etməkdir. Talessemiya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.

Aytən Hacıyeva, Fuad Şərbətov, ETV Xəbər

Şərh yoxdur

Şərh yaz