BMU-da Nə? Harada? Nə zaman? Intellektual yarışının final mərhələsi keçirlib_ETV Xəbər

0
222


Bakı Mühəndislik Universitetində İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə universitet daxili birincilik yarışı baş tutub.
140-dan artıq tələbənin iştirak etdiyi yarışda Namiq Quluzadənin kapitanlığı ilə “Yume” komandası birinci, Qorxmaz Aydınlının kapitanlığında yarışan “Nautilius” komandası ikinci, Emil Yusublunun kapitanlığı ilə yarışan “Incendio” komandası isə üçüncü yeri əldə etmişdir. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılmışlar.
Qeyd edək ki, 150 ətrafında iştirakçı ilə müxtəlif formatlarda yarışlarını davam etdirən klubun məqsədi, universitetin bütün tələbələrini yarışlara qoşularaq həm öyrənməyə, həm də öz biliklərini sınamağa dəvət edir.
2016-17 tədris ili boyunca “Nə? Harada? Nə zaman?” oyunu üzrə liqa, müxtəlif fərdi intellektual yarışlar, “Xəmsə” Milli İntellektual Oyunu üzrə bir çox turnirlərlə yadda qalan klub bu il də öz fəaliyyətini daha da güclü şəkildə davam etdirir.
Klubun üzvləri universitetlərası “Xəmsə” Milli İntellektual Oyunu üzrə televiziya yarışının 3 mövsümündə iştirak etmiş, bu 3 mövsümün ikisində kuboku başı üstünə qaldırmağı bacarmışdır. Onlar arasında “Parlaq Zəka”, “61!” kimi intellektual televiziya layihələrinin qalibləri və mükafatçıları, həmçinin “Nə? Harada? Nə zaman?” və “Xəmsə” Milli İntellektual Oyunlar üzrə gənclər arasında ölkə çempionatlarının qalibləri də var.

Şərh yoxdur

Şərh yaz