Bakı Mühəndislik Universitetində Kiber idman yarışlarına start verilib

0
116

Bakı Mühəndislik Universiteti Tələbə Həmkərlar İttifaqı və Gamers Clubun birgə təşkilatçılığı ilə universitetimzdə ilk dəfə “Counter Strike BEU league 2017 ” kompüter oyun çempionatı keçirilib.

Sözü gedən çempionatın keçirilməsinin məqsədi Azərbaycanda gənclər, xüsusən də tələbələr arasında Kiberidman oyunlarına marağın artırılmasıdır.
Hal-hazırda oyunun play-off mərhələsi baş tutub və 9 komanda öz rəqiblərinə qalib gələrək növbəti tura vəsiqə qazanmışdır.

Qeyd edək ki, bir neçə yarış sonunda qalib gələn komandalar arası çempionat keçiriləcək və qalib gələn ən güclü komanda Azərbaycan Kiber İdman Federasiyasının təşkil etdiyi Azərbaycan çempionatına qatılacaq.

Şərh yoxdur

Şərh yaz