BMU-da “15 İyun Milli Qurtuluş Günü” qeyd edilib_ETV Xəbər

0
153


Bakı Mühəndislik Universitetində “ 15 İyun Milli Qurtuluş Günü ” münasibəti ilə tədbir keçirilib.
Bayram tədbrində universitet kollektivi ilə yanaşı Millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru, tarix elmləri doktoru Hikmət Babaoğlu da iştirak edib. Himnimizlə başlayan tədbirdə ümummilli liderimiz Heydər Əliyevlə əlaqəli sənədli film nümayiş etdirilib. Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nəailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Millət vəkili Hikmət Babaoğlu Möhtərəm Prezidentimiz İlham Əliyevin son 100 illik tariximizdən danışarkən ifadə etdiyi “Azərbaycan xalqının dövlət qurmaq istedadı var” fikri ilə çıxışına başlayıb və elmi mühazirə ilə davam etdirib. Bildirib ki, 15 iyun tarixi bu fikrin bariz nümunəsidir. Tariximizi ümumilikdə dərindən öyrənməliyik, amma 15 iyun kimi günləri daha dərindən öyrənməli və gələcək üçün nəticə çıxartmalıyıq. Dünyada hal-hazırda informasiya imperializm siyasətinin aparıldığını xüsusi vurğulayan alim, gənclərimizdən tariximizdə dönüş yaradan günlərə sahib çıxmalarını, informasiya imperializminə qarşı milli şüura və milli birliyə yiyələnmələrini tövsiyyə edib. Bayram münasibətilə hər kəsi təbrik edib.
Sonda universitetin pedoqoji fakültəsinin tələbəsi İmran İbişovun ifasında Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeir səsləndirilib.

Şərh yoxdur

Şərh yaz