Daha gözəl dünya naminə

0
155

Təbiətin dərinliklərinə baxın və sonra hər şeyi daha doğru anlayacaqsınız.
Albert Eynşteyn
Daha gözəl yaşaya və zövq ala biləcəyin bir dünya üçün ətraf mühiti qorumaq şərtdir. Ətraf mühit varsa və təmizsə yaşamaq mənalıdır. Bakı Mühəndislik Universiteti Bədii yaradıcılıq bölməsi Sənət Mərkəzinin təşkilatçılığı ilə Dünya ətraf mühiti mühafizə günü münasibətilə kiçik ölçülü heykəllərdən ibarət sərgi nümayış edildi.


Sərgidə sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın bədii rəhbərliyi ilə Pedaqoji fakültə Biologiya müəllimliyi bölümünün III kurs tələbəsi Sevil Camalova, Fizika müəllimliyi bölümünün I kurs tələbəsi Səlma Xudiyevanın göbələk növləri və insan üzlərindən ibarət əl işləri nümayiş olundu. Sərgilənən əsərlərin əsas materialı tullatı kağızlardan ibarətdir.

Şərh yoxdur

Şərh yaz