Azərbaycanda ilk dəfə

0
268

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 8 noyabr 2016-cı il tarixində yaradılmış Bakı Mühəndislik Universitetində Azərbaycanda ilk dəfə təsis edilmiş “Tələbə Media Mərkəzi”, media sahəsində Azərbaycanın yeni və innovativ tələbə media qurumudur.
Bakı Mühəndislik Universitetində yaradılan Tələbə Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr üçün Tələbə Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır. Eyni zamanda TMM¬-də universitetdə keçirilən tədbirlərin işıqlandırılması ilə yanaşı müxtəlif mövzularda verlişlərin, məqalə və yazıların hazırlanması işləri də həyata keçirilir.

Qeyd edək ki, Tələbə Media Mərkəzinin (TMM) nəzdində 3 şöbə fəaliyyət göstərir: “ETV” (Engineer TV), “Radio Student” onlayn tələbə televiziya və radio kanalı və “Pəncərə” qəzeti. Bakı Mühəndislik Universitetində ixtisasından asılı olmayaraq televiziyada, radioda və qəzetdə fəaliyyət göstərmək istəyən hər bir tələbə, TMM-Media Mərkəzinə müraciət edə bilər.

Şərh yoxdur

Şərh yaz