Bakı Mühəndislik Universitetində 28 May Respublika gününə həsr olunmuş tədbir keçirilib_ETV Xəbər

0
121


Bakı Mühəndislik Universitetində (BMU) “Yurdum-Yuvam Məskənimsən” 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov 28 May Respublika günü ilə əlaqədər olaraq tələbə müəllim heyətini təbrik etdi . Sonra rektor Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 23 aydan sonra süquta uğramasının səbəblərindən bəhs etmişdir. Rektor müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırmışdır. Rektor bildirdi ki, Azərbaycan xalqının özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoydu, yenidən istiqlalına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, ölkəmizi inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq sosial-iqtisadi, mənəvi sahələrdə yeni mərhələyə qədəm qoymuşdur. Rektor çıxışında Bakı Mühəndislik Universitetinin fəaliyyətindən də söz açıb. O, bildirib ki, ölkəmizin çiçəklənməsi ilə yanaşı universitetimiz də inkişaf etməkdədir . Universitetimizin tələbələri dünya və yerli olimpiyadalarda iştirak edir gözəl nəailiyətlər əldə edirlər. Sonda rektor bu bayram münasibəti ilə tələbələri təbrik edib.
Tədbirdə universitetin tələbələrindən ibarət rəqs, xor kollektivi ifasında mahnı və rəqs nümunələri nümayiş olunub.

Şərh yoxdur

Şərh yaz