700 bal toplamış 8 abituriyent Bakı Mühəndislik Universitetində_ETV Xəbər

0
454


Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış Bakı Mühəndislik Universitetində olublar. Universitetin rektoru, professor Havar Məmmədov həmin abituriyentlər və onların valideynləri ilə görüş keçirib.
Rektor Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına və savadlı gənclərin yüksək səviyyədə təhsil almalarına olan diqqət və qayğısından danışıb. Bu gün ölkəmizdə təhsilin bütün pillələrində və eləcə də qəbul imtahanlarında şəffaflıq, obyektiv qiymətləndirmə mövcuddur. Bunun bariz nümunəsi sizlərsiniz. 21-ci əsr texnologiyalar əsri olması, ölkəmizdə yeni sənaye sahələrinin açılmasını nəzərə alsaq, mühəndislik ixtisaslarına olan ehtiyacı və onun önəmini anlayarıq. Rektor Havar Məmmədov BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib. Qeyd edib ki, universitetdə tələbələrə yüksək səviyyəli tədris verməklə yanaşı müasir dizaynda hazırlanmış yataqxana ilə təmin olunub və asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılıb. Tələbələrə yaradımış şəraitin nəticəsidir ki, onlar olimpiadalarda, bədii öz fəaliyyət festivallarında fəxri kürsünün ən yüksək pillələrinə qalxırlar. Rektor BMU-nun orta məktəblərlə olan əlaqələrindən, xüsusən Zərifə Əliyeva adına liseylə bağlanmış müqaviləyə əsasən görülən işlərdən danışıb.
Valideynlərdən Məhəbbət Əsədzadə bir övladının BMU-da təhsil aldığını, universitetin onun övladının formalaşmasındakı rolunu yüksək qiymətləndirib və minnətdarlığını bildirib.
Sonda qonaqlar universitetin kitabxanası, laboratoriyaları və yataqxanası ilə tanış olublar. Gördükləri şəraitə heyran olduqlarını və dəvət üçün universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Şərh yoxdur

Şərh yaz