Bakı Mühəndislik Universitetinin tələbələrindən örnək davranış

0
1755

Sahib olduqlarımız qədər deyil, paylaşa bildiklərimiz qədər zənginik!

Bakı Mühəndislik Universiteti “H. Z. Tağıyev” adına Tələbə Yardım Dərnəyi 30 aprel 2017-ci il tarixində növbəti dəfə ənənəvi aylıq ailə ziyarəti təşkil edib. 70-ə yaxın tələbənin iştirak etdiyi ailə ziyarətlərində tələbələr könüllü olaraq Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yaşayan 18 aztəminatlı ailəni ərzaq yardımı ilə təmin ediblər.

Qeyd edək ki, yeni yaradılmış Bakı Mühəndislik Universitetində artıq 2-cisi təşkil edilmiş bu ziyarət zamanı tələbələr “3 Əl” layihəsində yığılmış lazımlı və istifadəyə yararlı geyim, əşya və kitabları da ehtiyacı olan ailələrə təqdim ediblər. Tələbələr ziyarət zamanı ailələrin həyat şəraiti ilə də yaxından tanış olub, ailələrin azyaşlı övladları ilə səmərəli vaxt keçirdiblər.

Şərh yoxdur

Şərh yaz