HƏYATIN ANLAMI HAQQINDA DÜŞÜNCƏLƏRİM…

0
156

Həyatın anlamı nədir? Belə bir sual verərkən bəziləri bu sualı tez cavablandırır, bəziləri isə bu sualı cavablandırmaq üçün düşünürlər. Elə insanlar var ki, daim gülür, sevinir, çox gözəl yaşayışları var, hər şey istədikləri kimidir, pis olmalarına səbəb yoxdur, öz ailəsində, dostlarının yanında, ümumiyyətlə cəmiyyət içində çox xosbəxtdirlər. Pis insanları, ona mənfi enerji gətirəcək şeyləri özündən uzaqlasdırır ki, qəlbi qırılmasın, üzülməsin. Amma bəzi insanlar isə heç xoşbəxt deyillər: hər günü bir acı ilə yaşayır, əzab çəkir, daim gözlərindən yaş axır, heç yerdə, heç bir zaman xoşbəxt deyil. Artıq ürəyi qırılmış şəkildə həyatı bitmiş kimi yaşıyir, bəlkə də heç yaşamaq istəmir. Amma həyatda yaşamaq üçün səbəbləri var. Ən böyuk səbəblərindən biri ailəsidir. Həyat hamı üçün eyni deyil, hər kəs eyni cür yaşamır, hərənin özünə görə yaşam tərzi var. Hamı sevib-sevilmir, gülmür, ağlamir. Heç kəsi qınamaq olmaz ki, niyə səndə bu yoxdur, lakin başqasında var. Həyat belədir, nə etmək olar? İnsanlar öz həyatında seçimlər edər, ya da o seçimlər qarşısında yaşamaq məcburiyyətində qalar …
Bəziləri üçün bu həyatın anlamı yoxdur, bəlkə xəyallarını qurmuş insanın onu qoyub getməsi ilə yalniz qalib. Zaman keçir… gələcək heç bir zaman keçmişdəki kimi ola bilməz, çünki keçmişin geriyə dönməsi mümkün deyildir, “vardır” deyilə bilməz, yalnız “olmaqdadır” deyilə bilər. “Vardır” demək, bəlli bir anlamda bir “yerə” qoymaqdır. Bir insan üçün yaşamaq ayaqları üstündə durmaq, bu həyatda savaşmaq nə qədər də çətindir. Bəziləri var ki, öz övladları üçün yaşayır, onlarla nəfəs alır və övladının hər bir nailiyyəti, hər bir uğuru onu xoşbəxt edir. Elələri var ki, yetimdir, çox ağır bir şeydir, başqa ailənin himayəsi altında olsa da, həmin ailə ona kimsəsizliyini hiss etdirməsə də, yenə o öz valideynlərini gözləyir. Amma yenə qəlbində o, insanların ona yad olduğunu bilir, öz ürəyində qəzaya düşmüş valideynləri üçün darıxır, amma nə etmək olar, belə olacaqmış.
Həyat belədir. Biriləri üçün yaxşı, biriləri üçün pis, acı, əzab verən, biriləri ücün də çox gözəl bir həyatdır. Həyatın anlamı belədir …..
NİGAR SƏLİMOVA

Şərh yoxdur

Şərh yaz