Əgər bacarıqlı lider olmaq istəyiriksə…

0
155

Cəmiyyətdə hər bir sahədə lider olur, istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrin hamısında idarəçilik lazimdir və buna gorə də liderlik qabiliyyəti olan şəxslər olur. Liderlik bir qrup insanı müəyyən məqsədlər ətrafında toplaya bilmək və bu məqsədləri reallaşdırmaq üçün onları hərəkətetdirmə, ruhlandırma, uğurlu gələcək üçün birləşdirə bilmə kimi qabiliyyətlərin məcmusudur. Lider olmaq elə də asand deyil, lider idarəetme qabiliyyətinə, bilik ve dünyagörüşünə və gözəl natiqlik qabiliyyətinə malik olmalıdır. Lider həmişə adamı təəccübləndirməyi bacarır, səbrlidir, əzmlidir, macəradan qorxmur, maneələri aradan qaldırır, bütün uğurları təqdir edir. O, hamının fikrinə qulaq asır, müzakirə aparır, birlikdə qərar verir və birlikdə həyata keçirir. Lider liderler yetişdirmək istəyir və o qoyduğu məqsədə çatana qədər çalışır, nəticədə uğurlar əldə edir. Lider səbrli olması ilə işçilərini ruhlandırır və onların çox çalışmasına yönləndirir, öz işində risk etməyi sevir və uduzmaqdan qorxmur, əgər kollektiv arasında maneələr olarsa, onu aradan qaldırmağa çalışır. O, öz işçiləri ilə elə davranır ki, hamı ona hörmət edib sevir. Lider qoyduğu məqsədə uğurlar, nailiyyətlər qazanaraq çatir; lider belə olmalıdır.
Müasir dövrdə liderlik insanlardan kənarda mövcud deyil, cəmiyyət arasında olur. Lider olmaq özünü idarə etmək deməkdir. Bir liderin digərlərini idarə edə bilməsi üçün birinci, həmin lider özü idarəetmə bacarığına malik olmalıdır. Liderlik daxili keyfiyyətlərlə ayrılmaz şəkildə bağlıdır, çünki lider olmaq üçün daxili yetkinlik və kamillik vacib olmalıdır. Lider özünəinam hissinə malikdir, özünə inamı olmayan insan heç zaman irəliləyiş əldə edə bilməz və insanları öz arxasınca apara bilməz. Lider kollektivdə müsbət aura yaradır, bu xüsusiyyət kollektivdə insanların bir-birinə yaxşı yanaşmasına, həvəslə işləməsinə şərait yaradır.
Mükəmməl lider önəmli liderlik bacaıqlarını etməyi bacarmalıdir. Lider xarakterinə, istəklərinə, fikirlərinə dəqiq əmin olmalıdır, eyni zamanda onunla fəaliyyət göstərən şəxslər haqqında geniş məlumatı olmalıdır. Onların istəklərini, məqsədlərini və xarakterlərini dəqiq bildikdən sonra işçilərlə münasibəti yaxşı quracaq, hər bir şəxsə indivudal yanaşaraq onu inkişaf etdirəcək və onları duzgün fəaliyyətə istiqamətləndirməyə kömək olacaq.
Resurslarla fəaliyyəti uğurla davam etdirmək üçün lazım olan başlıca amil insanlardır. Çünki insanlar müəyyən bilik və bacarıqlara malikdir, onları bacarıqlarına görə yönləndirmək lazımdır. Lider işçiləri öz bacarıqlarına uyğun sahəyə yönəltməklə həm onların həmin işə olan maraqlarını artırmış olur və eyni zamanda onların bu sahədə təcrübələrinin artmasına və bacarıqlarının daha da çox inkişaf etdirilməsinə kömək etmiş olur.
Lider mümkün qədər məlumat əldə etməklə bacarıqlarını inkişaf etdirir, hər zaman diqqətlə dinləyir, öz qeydlərini aparır, qarşı tərəfi başa düşməyəndə mütləq suallar verir, danışmağa başlayanda hamının onu dinlədiyinə qabaqcadan əmin olub, daha sonra sözə başlayır, hamının onu dinləməyini tələb edir, işçilərin qeydlər götürməsini və ona diqqətlə qulaq asmasını istəyir. İşçilərin onu başa düşmələrinə əmin olur və sual vermələri üçün həvəsləndir.
Lider öz işçiləri ilə birlikdə komanda şəklində işləyir, işin daha uğurlu olmasını istəyir və nəticəni dəyərləndirir. Dəyərləndirmə komandanın birgə performansının ölçüsünün artmasına kömək edir, dəyərləndirmə zamanı onların peformanslarının inkişaf etdirilməsinə müxtəlif yollar təklif edilir. Qrupunuzu müxtəlif konfranslarda yığıncaqlarda təmsil edir. Qrupa üzv olmayanların fikirləri, düşüncələri ilə tanış olur. Uyğun zamanlarda qurupun və ya öz qərarlarını çatdırır.
İşçilərin bilik və bacarıqlarını artırması, təkmilləşdirilməsi məqsədi ilə təlimlər, treyninqlər keçirir. Hər kəsə öyrəndiklərini praktikada tədbiq etməsi üçün şərait yaradır. Bütün prosesləri qiymətləndirir.
Lider olan şəxs öz biliyi, bacarığı, düşüncəsi, danışıq qabiliyyəti, gördüyü işlərə görə birinciliyi saxlaya bilir. Daim məlumat toplayıb çalışdığına görə həmişə öz işində məqsədlərinə çatir və buna gorə də cəmiyyət içində çox yüksək səviyyədə seçilir.
Nigar Səlimova

Şərh yoxdur

Şərh yaz