Bakı Mühəndislik Universitetinin gənc müəllimi Pakistanda tələbələrə “Apple Mac OS” təlimini verdi

0
1587

05.04.2017-08.04.2017 tarixləri arasında Apple şirkətinin Azərbaycan üzrə rəsmi 4 sertifikatlı təlimçisindən biri olan Bakı Mühəndislik Universitetinin gənc müəllimi Rauf Süleymanlı Pakistanın Karachi Universitetində tələbələrə Apple Mac OS təlimini keçmək üçün dəvət edilib. Təlimdə 35 tələbə iştirak edib. Tələbələrin Apple kompüterləri olmadığına görə təlimdə virtual olaraq qurulmuş Mac OS əməliyyat sistemindən istifadə olunub. Təlim ilk olaraq əməliyyat sisteminin virtual olaraq kompüterlərə yüklənilməsi ilə başlayıb. Təlimdə tələbələr Apple əməliyyat sisteminin ilkin yükləmə, istifadə qaydaları, təhlükəsizlik, məlumatların idarə olunması, şəbəkə konfiqurasiyası, sistem idarəetməsi üzrə təcrübə qazanmışlar. Tələbələr təlimə böyük maraq göstəriblər. Təlimin sonuncu günü tələbələr iştirak sertifikatı ilə təltif olunub. Sonda xatirə şəkilləri çəkilib.

Bundan başqa Rauf Süleymanlı 08.04.2017-09.04.2017 tarixləri arasında Karachi Universitetində keçirilən “PCSC’17 3rd IEEE Pakistan Computer Society Congress 2017” beynəlxalq konfransında iştirak edib, Apple sertifikatları və təlimlərinin əhəmiyyəti haqqında məruzə edib. Sonda Rauf Süleymanlıya təşəkkürnamə, sertifikatla təltif olunmuşdur.

Şərh yoxdur

Şərh yaz