Tələbələr arasında məntiq yarışması keçirilib

0
469

Azərbaycan Gənclər ittifaqının dəstəyi ilə Bakı Mühəndislər Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi kafedrası və universitetin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr arasında məntiq yarışması keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Prorektoru Dr. Azər İmanquliyev tələbələr arasında keçirilən yarışmaların əhəmiyyətindən, tələbələrin məntiqinin inkişafının vacib olduğundan danışıb.
Yarışda Pedoqoji ixtisasların tələbələrindən ibarət 5 komanda iştirak edib. Komandalara hər sual üçün 90 saniyə vaxt verilib və ümumilikdə 20 sual cavablandırılıb.
Münsiflər heyətinin qərarı ilə qalib Fizika müəllimliyi ixtisasının tələbələrindən ibarət olan komanda elan edilib.

Şərh yoxdur

Şərh yaz