Universitetin Tələbə Media Mərkəzində görüş keçirilib

0
520

Bakı Mühəndislik Universiteti Tələbə Media Mərkəzi (TMM)- mütəmadi olaraq Azərbaycanın tanınmış jurnalistləri ilə tələbələr arasında görüşlər, seminarlar təşkil edir. Görüşün əsas məqsədi universitetdə fəaliyyət göstərən tələbə televiziyası, radiosu və qəzet jurnalistikasının inkişaf etdirilməsi və tələbələrə jurnalistika biliklərinin aşılanmasıdır.
Belə görüşlərdən biri də, tanınmış telejurnalist, aparıcı, Asan FM radiosunun direktoru Emin Müsəvi ilə keçirilib. Emin Müsəvi tələbələr qarşısında çıxış edərək jurnalistika fəaliyyətindən söz açıb, radio və televiziyada qazandığı təcrübələri tələbələrlə bölüşüb. Görüş zamanı tələbələrin suallarını cavablandıran qonaq, universitetdə belə fəaliyyətin olmasını təqdirə layiq olduğunu bildirdi.
Emin Müsəvi tələbələri təcrübə keçmələri üçün Asan FM radiosuna dəvət etdi və bildirdi ki, Asan FM radiosu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Asan xidmətin nəzdində yaradılıb. Daha sonra qonaq universitetdə tələbələr üçün yaradılmış şəraitlə tanış oldu. Universitetin Televiziya və Radio studiaları ilə tanış olan qonaq tələbələrin öz ixtisaslarından əlavə asudə vaxtlarında media sahəsinə maraq götərmələrini təqdirə layiq olduğunu qeyd edən qonaq, gələcəkdə də universitetin TMM-i ilə əməkdaşlıq edəcəklərini bildirdi. Əməkdaşlıq çərçivəsində tələbələr Asan FM radiosunda aparıcılıq, səs rejissoru, montaj və s. Ixtisaslar üzrə təlimlərdə iştirak edə biləcəklər.

Şərh yoxdur

Şərh yaz