İtirilmiş insanlıq və qəzəb

0
258

Günümüzün insanı zaman keçdikcə mənəvi dəyərlərini itirməkdədir. Artıq vəfanın, sevginin yox səviyyəyə gəldiyi bir dövrdəyik. Təvazökarlığın lüğətimizdən çıxarılmağa yol aldığ bir cəmiyyətin insanıyıq. Hər kəs mənfət arxasında qaçır.
Xeyirxahlıq yarışı da mal-mülk davası ilə əvəzləndi. İnsanlığı bataqlığa çəkən, insanı öldürüb heyvan edən isə, göz önündədir, məlumdur. Bu elə qəzəbdir. Bu hiss sayəsində insanlar insanlığı unutdu. Mənəvi dünyamız kirləndi, qəzəb virusu qarşısında inasanlıq göz görə-görə uçuruma yollandı. Tarixə bir göz gəzdirsək, elə insanlıq abidələri ilə qarşılaşarıq ki, məcburən “görəsən biz də insanıqmı?” sualın öz-özümüzə verəcəyik.
Ən qorxunc olanı isə, sanki bunlarda xəbərsizik, pisliyi əmr edən düşüncələr əqrəb və ilanın yanımıza soxulduğu kimi beynimizi qurcalamaqdadır . Və bu vəziyətə dur deməliyik. Mənliymizi, şərəfimizi və əgər yazılması düzgünsə, namusumuzu bir-bir sorğuya çəkməliyik. Yoxsa, hər şeyin sorğuya çəkildiyi o gün daha pərişan bir vəziyyətdə olacağıq.
İnd isə, insanların qanına girmiş bu vəhşət zəhərini necə təmizləyə bilərik? Əlbəttə ki, bunun çox yolu var. Amma ən gözəli itirilmiş dəyərlərimizə sahib çıxaqmaqdır. Əvvələr sürfə arxasında bir ədəbimiz vardı. Hər kəs, süfrənin ətrafına toplaşandan sonar, böyüyümüz başlamadan əlimizi süfrəyə uzatmazdıq. Bu hörmətin, xoşgörünün və bir düzənin əlaməti idi. İnsanlara göstərdiyimiz hörmət azaldıqca, xoşgörü şkalası sıfırın ətrafında döyündükcə, düzənsizlik baş alıb getdikcə süfrənin nə olduğunu unudacağıq və də unutmaqdayıq.
Bu sadəcə unutulmuş minlərlə dəyərdən sadəcə biri idi. Bəs bu dəyərləri geri qaytarmağın mümkündürmü? Əlbbətdə, mümkündür. Özümüzü yeniləməyə çalışarsaq, niyə olmasın ki?
Bu mövzuda çox sayda məqalələri nəzərdən keçirdim, və qəzəbin əslində bu prosesde ən böyük rol aldığının qənaətinə gəldim. Hər kəsin bildiyi kimi, sonu Allaha dayanan səbəblərə dayalı bir dünyada yaşayırıq. Bunun üçün qəzəbin ortaya çıxma səbəblərinin araşdırdım. Bir neçə səbəb tapdım. Biz əgər qəzəbi ortaya çıxardan səbəbləri aradan qaldırarsaq, qəzəbin də səbəb olduğu mənəvi dəyərlərimizi itirmək yönünüdə böyük bir tormozlanma əldə edərik. O zaman səbəblərə baxaq.
Birinci səbəb insandakı qürur hissidir.Qürurlu olan birisi kiçik bir söz ya da, gözə dəyməz bir hörəmətsizlik və yaxud da qüruruna toxunan biri hərəkət qarşısında qəlbi qəzəblə dolar. Belə bir qürur qırlsa-qırlsa təvazökarlıqla qırıla bilər. Həmin insan, özünün də digər insanlar kim bir insan olduğunu düşünməlidir. Şərəf və ən üstün dəyərlərin ancaq üsünt əxlaqda olduğunu dərk etməlidir.
İkinci səbəb insandakı özgüvən, başqa bir deyilişlə özünü bəyənmişlikdir. Burda insanın özünə böyük güvə və inancı vardı. Tək dərmanı isə budur ki, insan özünü bilməli və sadəcə Allaha güvənə biləcəyimizi anlamalıdır. Təbii ki, Yaradana olan güvən yaradılandan çox olmalıdır. Hətta Yaradanın yanında yaradılana olan güvəndən heç söz edilməməlidir.
Üçüncü səbəb zarafat və yaxud da lətifədir. Yəni lətifə etməkdir. Zarafat çox vaxtı insanı qəzəb uçurumuna yolçu edir. Bu səbəblə də insan lazımlı şeylərlə məşğul olub zarafatdan uzaq dura bildiyi qədər uzaq durmalıdır. Günlük istifadə etdiyimiz faydasız sözlər və hərəkətlər insanlar arasında qəzəbi yayan ən əsas amillərdəndir. Böyük bir şəxsiyətin sözünə dayanaraq bunu demək olar. Kimsə bir insanı zəyif görüb onunla zarafat edərsə, şüpəsiz o da qarşılığını alacaqdır.
Dördüncü səbəb isə kimisə qınamaq və ayıblamaqdır. Bu hərəkətlər həmin şəxsin arxasınca danışmağa bərabər bir darvanışdır. Elə bu üç ədəbsizlik harda olarsa orda qəzəb doğar. Bunlardan uzaqlaşmağın həlli isə, qüsursuz heç bir insan olmadığını düşünmək və qəbullanmaqdır. Bunun üçün də, nə bir kəsi qınayıb, ayıblamalı. Nə də öz qüsurlarının söylənməsindən qəzəblənməməlidir. Daha tərsinə qüsurlarının ona bildirildiyi üçün o insanlara təşəkkür etməlidir.
Ən sonuncu səbəbə gəldikdə isə, Tamah və hirsi qəzəbin səbəbləri olaraq qəbul edəcəyik. Mal və mülk hirsi insanlarda həddən artıqdır. Hardasa tavana çatacaq dərəcədədir. Birisi yeni, hələ bazara təzə çıxmış bir şey alarlarsa, tamahları onlara “ondan özünə də al” əmrini verir. Halbuki, bunlar başdan-başa ən pis əxlaqdandırlar.
Bunların hamısı qəzəbi ortaya çıxardan ən əsas səbəblərdir. Dərmanı isə beynimizdə yuxarıda sadalanan düşüncələr kimi və bunlar daxil doğru olan düşüncə axınını daimi edək və əmələrimizə də bunları yansıtaq. Və bir azcıqda olsa insanlıq adına bir şeylər daha qazandım düşüncəsi ilə vicdani rahatlıqı hiss edib insani dəyərləri daha ucalara daşımaq adına daha çox şeylər etməyə çalışaq. Çünki, itirilmiş insanlığı geri gətirmək bizim borcumuzdur. Bu ana-atalarımızdan qalmış bir əmanətdir bu əmanəti gələcək nəsillərə çatırmaq adına, onların inasanca yaşamaları adına onlara çatdırmalıyıq. İnanıram ki, elə bu düşüncənin özü belə içimizdəki az da olsa olan qəzəb hissinə qarşı ən böyük silah və ən möhkəm qalxandır. O zaman biz də bizim insani bir şəkildə yaşamamız üçün insanlığı yaşatdılar, o zaman gəlin biz də “gələcək nəsilin bizlər kimi, hələ bizlərdən də daha əmin amanlıqla yaşamalırı üçün insani dəyərlərimizə sahib çıxaq” deyib insanlığı yaşatma məsuliyyətini yiyələnək.
İmamverdi Behbudlu

Şərh yoxdur

Şərh yaz