Qapılar bağlanır

0
228

Hər yeni gün başqa bir qatara minirsən. Hər mindiyin qatarda fərqli insanlar görürsən. Qatarlar, yollar və insanlar dəyişir. Dəyişməz olan bir şey var: üzlərdəki ifadələr. Qayğılı, kədərli və yorğun gözlər. O gözlər ki, çox şeyi görür və görməzdən gəlir. O gözlər ki, baxır və baxışlarını gizlədir. Parıltısını və işığını itirərək yol gedir. Yolun sonunda bir stansiyaya varmaq ümidi ilə hər şeyə göz yumur. Elə göz yumduğu üçündə görmür. Görmür ki bu qatarlar nə vəd olunan o gözəl «Sahil»ə aparır, nə sirli «Elmlər»ə, nə də şirin olan «Azadlıq»a.……………………..………………………………………..
…….Qapılar isə bağlanır, növbəti stansiya yenə “Koroğlu”. Bu yolun sonu korluğa aparır.

Səbinə Hacızadə

Paylaş
Əvvəlki yazıQalib yoxsa məğlub
Növbəti məqaləHəyat

Şərh yoxdur

Şərh yaz