Sevimli qidamız

0
227

Artıq saqqız gündəlik həyatımızda ayrılmaz parçaya çevrilib, bəs saqqız haqqında nə bilirik?
Saqqız ilk dəfə 1848-ci ildə Jhon Curtis tərəfindən satılmağa başlamışdır. Saqqızın çox az çəkisi olmağına baxmayaraq, tərkibində onlarla maddələr vardır. Bunlara şirinləşdiricilər, qatılaşdırıcılar, müxtəlif boyalar, emuqatorlar, və s. maddələr daxildir. İstifadə zamanı saqqız kiçilməyərək əvvəlki həcmində qalır, lakin tərkibindəki dadı və ətri müəyyən vaxtdan sonra itir. O, ucuz və az kolorilidir. Növünə görə şəkərli və şəkərsiz olur. Bəzi insanlar şəkərsiz saqqızın dişlərin sağlamlığına zərər vermədiyini düşünürlər, lakin son araşdırmalar göstərir ki, saqqızın tərkibində şəkərin olub-olmaması heç bir rol oynamır. Ekspertlərin fikrincə, bəzi şəkərsiz saqqızların tərkibində turşu var. Həmin turşu dişlərin minasına mənfi təsir göstərir və zədələnmə riskini artırır.
Saqqız dişləri qırar, plombları yerindən oynada bilər. Həmçinin uşaqlıqdan saqqız çeynəyənlərin çənəsi inkişaf edərək kobud şəkil alır. Saqqızın çeynənilməsi zamanı çox miqdarda ağız suyu ifraz olunur. Bu ağız suyu daha sonra mədəyə düşərək onun turşuluğunu azaldır. Bunun nəticəsində mədə şirəni ifraz edir. Mədə şirəsinin tərkibində isə xlorid turşusu vardır. Bu turşu qidanı həzm etməyə kömək edir və adi halda mədəyə ziyanlı təsir etmir. İnsan uzun müddət ərzində, xüsusilə də acqarına saqqız çeynədikcə mədədə xlorid turşusun miqdarı artır. Turşu mədənin divarlarına dağıdıcı təsir göstərməyə başlayır. Bunun nəticəsində insanda mədə xorası və başqa xəstəliklər əmələ gələ bilər. Xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar isə saqqız çeynəməkdən imtina etməlidirlər. Bəzən isə saqqız çeynənilərkən bilmədən udulur. Bu hadisə ən çox uşaqlarda baş verir, ancaq bilməliyik ki, udulan saqqız bədəndən 10 il ərzində xaric edilir. Bu illər ərzində isə o, bağırsaqlarda ciddi dəyişikliklərə səbəb ola bilər.
Mənfi keyfiyyətləri ilə yanaşı, həm də saqqızın müsbət keyfiyyətləri də vardır. Almanyanın Charity Universitetində edilən araşdırmalara görə, saqqızda arıqlamaya səbəb olan maddə vardır. Eyni zamanda yeməkdən əvvəl və sonra saqqız çeynəyənlərin çeynəməyənlərə nisbətən 5% daha çox kolori itirdiyi bildirilir. Həmçinin səhərlər şəkərsiz saqqız çeynəməklə 60 kolori itirmək olar.
İngiltərənin Northum Universiteində aparılan araşdırmalara görə, saqqız çeynəməyin bir şeyi yadda saxlamaq və ya xatırlamağa, həmçinin imtahan vaxtı diqqəti cəlb etməyə kömək etdiyi deyilir. Bəzən isə saqqız çeynəməyi psixoloji cəhətdən qiymətləndiririk. Saqqız həm də stresi azaltmağa və özümüzə inanmağa kömək edir. Siqareti tərgitmək üçün saqqızdan istifadə edilir.
Bəzən paltarlara yapışmış saqqızı təmizləməkdə əziyyət çəkirik. Bu zaman saqqız yapışan paltarı bir paketə qoyub soyuducunun buz gözünə qoymaq lazımdır. Paltarı 1 saat dondurucuda saxladıqdan sonra çıxarıb rahat təmizləmək olar. Xalçalara yapışmış saqqızı təmizləmək üçün isə buzları xalçanın üzərində gəzdirmək lazımdır.
Saqqızla bağlı bilmədiyimiz məlumatlar da vardır. Sinqapurda 1992-ci ildən saqqız çeynəmək qadağan olunub. ABŞ-ın Kaliforniya ştatında bir küçədə iki binanın xaricdən divarlarında milyonlarla saqqız yapışdıraraq maraqlı bir görüntüyə nail olublar. İlk dəfə isə məktəb məzunları məzuniyyət üçün bunu ediblər.
Saqqız bizim üçün sevimli məşğuliyyət olsa da, quşların ölümünə səbəb olar. Quşlar yerə atdığımız saqqızı çörək bilib yedikləri üçün ağızlarına yapışır və nəfəs ala bilməyib ölürlər.
Rəvanə Məmmədova

Şərh yoxdur

Şərh yaz