Dönəcək Qarabağ

0
257

 

Tarixi torpağın olub əzəldən,

Axtarsam şeirdən bəlkə qəzəldən.

Ərdəbil, Gilandan ta ki Xəzərdən,

Olubdur torpağın, Azərbaycanım.

 

Elə ki, yarıya bölündü ürək,

Sanma hər şeyimiz burda bitəcək.

Yum gözünü gözlə, bir gün gələcək,

Dönəcək Qarabağ,  Azərbaycanım.

 

Laçının gözləri qanla doludur,

Ağlayır Şuşamız yolun sonudur.

Düşməni bəlkə də ölüm qorxudur,

Çalacaq zəfəri, Azərbaycanım.

 

Düşmənə edəcək hər şeyi sübut,

Tarixi, keçmişi indidən unut.

Tükənib səbir, qalmayıb dözüm,

Dönəcək Qarabağ, Azərbaycanım.

 

                                                                                      Vəli Tarverdiyev

Şərh yoxdur

Şərh yaz