Əli tutmaq, Əlidən qalıb…

0
318

Bir başqasının yaşamağına yardım etməyən, öz yaşadığını bilməz…

Universitetimizdə fəaliyyət göstərən H.Z.Tağıyev adına tələbə yardım dərnəyi artıq illərdir bir-birindən gözəl layihələrə imza atır. Bu il “3 Əl” adı altında yeni layihə başladılmışdır və  uzun müddət davam edəcəkdir. Layihənin əsas məqsədi yardıma ehtiyacı olan ailələrə və kimsəsizlərə əl tutmaqdır. İstifadə etmədiyiniz, lakin istifadəyə yararlı əşyalarınızı, geyimlərinizi və kitablarınızı (yaş fərqi olmadan) H.Z.Tağıyev adına yardım dərnəyinə gətirə bilərsiniz və onlar sizin adınızdan ehtiyacı olan şəxslərə gətirdiklərinizi çatdıracaqdır. Layihənin adının mənası da zənnimcə aydın olur artıq, yəni 1-ci əl siz olursunuz, 2-ci əl H.Z.Tağıyev adına yardım dərnəyi, 3-cü əl isə ehtiyacı olan şəxslər. Kiminsə üzündə gülüşə səbəb olmaq qürur verici bir hissdir. Unutmayaq ki, bizim üçün adi görünən nələrsə başqası üçün dünyalara bərabərdir. Eləcə də bu dünyanı bəxş etmək 1-ci əldən asılıdır, yəni sizdən. Necə ki yüzlərlə parçadan ibarət  “puzzle”da 1 parça böyük rol oynayırsa, həmçinin sizin az bilib verməyə utandığınız bir əşya da ehtiyacı olan insanlar üçün böyük rola malikdir. Gəlin hər birimiz layihəyə qoşulaq və xoşbəxt dünya “puzzle”nı qurmağa hərəmiz bir kiçik parça bəxş edək.

                                                                                                     Nərmin Hüseynova

Şərh yoxdur

Şərh yaz