İtirilmiş Sevgi

0
214

Aprel ayının əvvəlləri, yazın özünə xas havası, küləyi, yağışı. Qışın bitməsi ilə canlanan təbiət… İnsanaların hərəkətlərində bir rahatlıq. Saat beşin yarısı, bəlkə də, beşə qalır. Əhməd işdən təzəcə çıxmışdı. Dörd il bundan qabaq aldığı təzə Mersedes markalı maşını ilə evə gedirdi. Maşının sürətini lap aza endirmişdı. Əlində olsa maşını saxlayar, evə piyada gedərdi. Çünki, nə bu maşın ilk günkü kimi zövq verirdi ona, nə də onu həyata bağlayan şeylər. 48 yaşı olmasına baxmayaraq, bu maşını alarkən uşaq kimi sevinirdi. Artıq anlamışdı ki, hər sevinc ilk günkü kimi yeni qalmır, eynilə arvadi Lalə ilə evləndiyi ilk gün kimi.Əhməd maşını astadan sürə sürə düşünür ki, niyə hər şey maraqsızlaşıb? Niyə əvvəllər ona zövq verən şeylər indi vermir? Cavabsız qoyduğu sualları beynini didib-dağıdırdı. 18-20 yaşı olanda hələ, bəlkə də, bir çox və ya bir az bu yaşlarda hər şey daha fərqli idi. İnsanlar bir-birinə sevgi ilə baxırdılar, evlənənlər bir ömür bərabər yaşayırdılar hələ sevgiləri ilk günkü kimi təzə qala-qala. İndi isə sevgi dəyərsizləşib. Sadəcə adı sevgi olaraq qalıb. İçindəki boşluq hər gün daha da dərinləşir. Yolda gedərkən sağa-sola baxanda gənclərin əllərində telefon, qulaqlarında qulaqcıqlar nəyə isə ürəkdən gülür, danışırdılar. Əhməd isə axırıncı dəfə nəvaxt güldüyünü xatırlamır. Gülməli də nə var axı? Artıq evlərinin qarşısına çatdı. Maşınını həmişəki yerində saxlayıb ağır addımlarla evə yönəldi. Bu evi Lalə ilə evlənəndən 1 il sonra almışdılar. O gün Lalə necə də sevinirdi. “Daima sənin olmaq istəyirəm, hər zaman səni sevmək istəyirəm, Əhməd”-bu cümlələri necə də ürəkdən deyirdi Lalə. Amma indi o hər zamanki sevgi hanı?…Əhməd artıq evdə adəti üzrə televizoru açıb qarşısında oturmuşdu. Baxmasa belə televizoru açmağa vərdiş eləmişdi. Lalə ilə ötəri salamlaşdı. Lalə: “Gələn kimi bir az bir şey hazırladım. Mətbəxdədi. Isit ye, bir az işim var”.Əhəməd düşünür ki onsuzda, son illərdə çox işi olur Lalənin. Lalə internet üzərindən satış işinə baxırdı. İş yerindən əlavə evdə də çox vaxt kompüterin qarşısında olurdu. Əhməddən 5 yaş balaca idi amma bacarıqlı, məharətli qadın idi. İşi qurtardıqdan sonra dostları ilə internetdə söhbət eləyərdi. Əhməd yorğun gözlərlə xəbərlərə baxırdı. Artıq xəbərlərdə ilk günkü kimi maraq vermirdi. Başını döndərib Laləyə baxdı. İstədi desin çox yorğunam, yeməyi bura gətir bir az yeyim gedim yatım, amma bilirdiki Lalə deyəcək məndə yorğunam, həm də görmürsən iş başındayam. İstəksizcə durub mətbəxə getdi. Kartof qızartması sönmüş qazın üstündə idi.Yeməyi qızdırıb biraz yeməyə çalışdı. Bu sıxıcı həyatı onu daha cana yığmışdı. Əhməd bir şirkətin telefon görüşməsi işinə baxırdı. Şirkətdə toplantıları, görüşmələri o ayarlayır. Telefonla danışmaqdan qulağı yara olub. Bəzən evdədə bezdirirlər onu. Telefonuna zəng gələndə cavab verməsə narahat olar. Telefona cavab verməyə də artıq vərdiş eləyib. Yeməyin orasından-burasından bir az götürüb yataq otağına qalxdı. Aynanın qarşısındakı kopüterinə baxdı. Bir ara istədi o da kompüteri açıb internetdəki dostları ilə söhbət eləsin, amma yorğunluq imkan vermədi. Əhməd düşünür əvvəllər atalarımız, babalarımız bir birlərini necə bir ömür sevə bilirdilər? Sevgiləri niyə tükənmirdi? Bir ömür necə eyni evdə söhbət edirdilər? Bəs mövzu qurtarmırdı söhbət eləyərkən? Biz hələ Lalə ilə çox da qocalmamışıq, amma son illərdə bir birimizlə heç düzgün söhbət də eləmirik. O, internetdəki dostları ilə danışır. Bu qədər mövzunu hardan tapır?-məndə telefonla müştərilərlə. Azda olsa maraq verən şey televizordakı gülməli verlişlərdi. Əhməd komedyaya baxmağı xoşlayır. Ancaq, son illərdə heç də ürəkdən gülmür bu filmlərə. Maraqsız düşüncələri düşünüb beynini həddən artıq yordu.

 

Artıq səhər açılmışdı. Yenə istəksizcə səhər yeməyi yemək, geyinmək, işə getmək. Hələ, bəlkədə, arvadına sabahın xeyir demiyəcək. Lalə isə həmişəki kimi sənədlərini götürüb evdən çıxacaq, yenə işə tələsəcək. Əhəmd Lalədən 15-20 dəqiqə sonra çıxır evdən. Lalə iş yerinə vaxtından tez getməyi xoşlayır. Disiplin həyatında ən önəm verdiyi şeylərdən biridir. Əhməd könülsüzcə də olsa kostyumunu geyindi. İlk işə getdiyi günlərdə qalustuk taxarkən çox seçim eləyərdi. Qaranı taxım, yoxsa qırmızını? Yox, yox cızıqlı olan daha yaxşı yaraşır bu kostyumla. Amma, indi marağı yoxdu hansı qalustuk yaraşır, hansı yaraşmır. Əvvəllər işə getmək üçün maşının sürətini çox artırardı. Artıq son illərdə normal sürətlə gedir, hələ bəzi zamanlarda sürətini azaldır. İndi isə sürətini azaltdığı zamanlardan biridi. Arada sağa-sola baxır, on nəfərdən ən azı altı-yeddisi telefonla danışmağı onu heç də təəccübləndirmədi. Xatırladı ki,yenə işə gedəcək telefonlar susmayacaq. Yenə toplantılar, görüşmələr, telefonda süni gülmələr. Bunları düşünə- düşünə Əhəmd həmişə əzbərlədiyi yoldan fərqli bir yönə getdiyini gördü. Artıq əlləri rolu fərqli tərəfə bururdu. O, getdiyi yeri yaxşı bilirdi. Dəniz kənarına gedirdi. Saat altıya qalırdı. Əhməd neçə saatdı ki, dəniz kənarında oturub dənizin gözəlliyini seyr eləyirdi. Əvvəllər, Lalə ilə çox gələrdilər bu sahilə. Hər ikisi sevgi dolu gözlərlə bir birinə baxardı uzun-uzun. Amma, indi o gözlər yoxdur. İş yerindən hər dəqiqə zəng vururdular ancaq açmırdı. Bu gün telefona baxmayacaqdı və baxmadı da. Maşınla evə gələrkən telefonsuz bir günün necə də gözəl olduğunu fərq elədi. İçi rahatlamışdı sanki. Bəlkə də, onu rahatladan dəniz havası idi amma əsas odur ki, çoxdandı hiss etmədiyi rahatlığı hiss edirdi. Həmişəki gözlə baxmırdı ətrafına. Anlamasa da, dodağında incə bir təbəssüm var idi. Maşınının sürətləndiyini hiss elədi. Evə getmək üçün tələsirdi. Rahatlıq, bir azda sevinc bütün bədənini əhatə eləmişdi. Artıq o incə təbəssüm gülüşə çevrilmişdi. Nəyə güldüyünü anlamasa da gülürdü. Xüsusi bir zövq alırdı bu halından. Gülüşün dodaqlarından itməsini istəmirdi, elə buna görə də, bərkdən gülürdü. Öz özünə nəsə deyir, ürəkdən gülür. Çoxdandı gülmədiyinə heyifslənmək istədi amma indi onun yeri deyildi. Sadəcə gülmək, yenə gülmək… Maşını həmişəki yerində saxlayıb evə girdi. Arvadına sevinc dolu gözlərlə bir müddət baxdı. Lalə isə həmişəki kimi kompüter başında idi. Televizoru açmadı. Sakitcə divanda oturub arvadına baxırdı. Lalə kompüteri söndürüb televizoru açdi. Bu gün onun serialı var idi. Əhməddəki qəribəliyi sezdi amma fikir vermədi. Bəlkə də, danışmağa adət etmədiyi üçün heç nə demədi. Əhmədin telefonuna bir də zəng gəldi. Əhməd telefonu yerə tulladı. Yerə düşüb parçalandı. Gedib televizoruda yerə itələdi, Lalənin kompüterini də yerə atdi hər ikisi parçalandı. Lalənin telefonunu stolun üstündən götürüb yuxarı öz otağına qalxdi, kompüterini götürüb ikisini də pəncərədən aşağı atdı .Lalə dəli kimi Əhmədi tamaşa eləyirdi. Dili bir anda tutuldu, heç nə deyə bilmirdi. Ən son Əhməd mətbəxdəki radionu da yerə atıb Lalənin qarşısına keçdi. Əlindən tutub onu qaldirdi. Hər tərəf qırıntılarla dolu idi.Lələ təəccüblü gözlərlə Əhmədə baxırdı. Bir azda qorxmuşdu. Əhmədin ona zərər verməsindən qorxdu..

-Səni sevirəm, Lalə, həm də çox.

Lalənin üzündə çoxdandi görünmüyən təbəssüm bir anda canlandı. “Səni sevirəm” sözü necə də xoş gəldi qulağına.

-Gedirik sənin sevdiyin sahilə, heç etiraz eləmə.

Əhməd Lalənin əlindən tutub üzündən öpdü və evdən çıxdılar. Maşınla yox yeriməyə qərar verdilər. Təzə evlənmiş insanlar kimi bir birlərinə möhkəm sarılmışdılar. Dalğaların həzin səsi, dənizin heyranedici havası, yazın narın-narın yağışı və birbirinə bağlanmış əllər…

 

Elçin Tarverdiyev

Paylaş
Əvvəlki yazıBir günahın kölgəsində
Növbəti məqaləQorxuram

Şərh yoxdur

Şərh yaz