Heç unutmayacağım bir dərs

0
392

Qarşımda  uzun  bir  yol  vardı.  Heç  vaxt  ağlıma  gətirə  bilməyəcəyim  bir  işi  edirdim.  Yeni  bir  həyata  başlayacaqdım.  Keçmişimi  tamamilə  silməyi  düşünürdüm.  Ondan  mənə  heç  bir  xatirə  qalmamalı  idi.  Onunla  bağlı  hər  şeyi  silə  bilərdim.  Evdə  qalan  paltarlarını yandırmışdım.  Nə  əşyası  qalmışdısa, tullamışdım.  Şəkillərini  də  silməyi  bacarmışdım.  Ondan  mənə  qalan  tək  nişanəni  də  bu  gün  aid  olduğu  yerə  aparırdım.  Artıq  ondan  mənə  heç  bir  şey  qalmayacaqdı.  Hara  getdiyini  bilsəydim, mənə  qalan  bu  yadigarını  aparıb  özünə  verərdim.  Əgər  o, məni  tərk  edib  gedə  bilmişdisə, özünə  aid  nə  vardısa, götürməli  idi.  Çünki  onun  yadigarlarının  mənim  üçün  heç  bir  əhəmiyyəti  qalmamışdı.  Yanımda  dəyəri  olmayan  bir  şeyi  necə  saxlaya  bilərdim  ki?  Ona  hər  baxanda  elədiyim  axmaqlıqlar, yol  verdiyim  səhvlər  yadıma  düşürdü.  Əslində  ondan  daha  əvvəl  can  qurtalmalı  olduğumu  fikirləşirdim.  Sadəcə  yaşımın  azlığından  bunu  etməyə  qorxmuşdum.  Həm  də  onun  qayıdacağı  kimi  axmaq  bir  ümid  məni, əslində, daha  öncə  etməli  olduğum  bu  işdən  yubatmışdı.  Düşünürdüm  ki, indi  əsl  vaxtıdır.  Bunu  indi  etməliyəm.  Daha  sonra  bir  az  da  gec  ola  bilər.  Özümü  haqlı  da  çıxarırdım.  Fikirləşirdim  ki, gör  özümə  nə  qədər  zaman  tanıdım.  Bu  işi  etməmək  üçün  nə  qədər  yubandım.  Bəlkə  o  qayıdar, bəlkə  yenidən  bir  ailə  ola  bilərik.  Bəlkə  o  da  qoyduğu  bu  yadigar  üçün  darıxar.  Amma  belə  olmadı.  Nə  qədər  gözləsəm  də  o  qayıtmadı.  Qayıtsa  belə  artıq  mənim  üçün  bir  əhəmiyyət  kəsb  etmirdi.  Çünki  o  an  mən  beynimdə  planladığım  o  iyrənc  plan  üzrə  gecənin  qaranlığında  irəliləyirdim.  Bilirdim  ki, həmin  gün  həyatımın  dönüş  nöqtəsi  idi.  Mən  olanlardan  xəbərim  yoxmuş  kimi  geri  qayıdacaqdım.  Səhər  açılacaq  və  mənim  yeni  həyatım  başlayacaqdı.  Mənə  səhvlərimi  xatırladacaq  heç  kim, heç  nə  qalmayacaqdı.  Getdikcə  amalıma  çatmaq  üçün  həyəcanlanırdım.  Nə  etdiyimin  fərqində  deyildim.  Addımlarımı  tezləşdirirdim.  Onu  evdən  uzaq  bir  yerdə  buraxmalı  idim.  Heç  kəs  onu  mənim  qoyduğumu  bilməli  deyildi.

Aha…  Artıq  özümə  münasib  bir  yer  tapmışdım.  Ərtafda  heç  kəs  yox  idi.  Səhər  burdan  uşaqlar  keçib  qarşı  tərəfdəki  məktəbə  gedəcəkdilər.  Yəqin  ki, kimsə  tapar  onu.  Heç  nə  olmaz  ona.  Onu  bərk  sarımışdım.  Hava  da  soyuq  deyildi.  Onun  üçün  də  belə  yaxşı  olduğunu  düşünürdüm.  Biz  onu  sevə  bilməmişdik.  Bəlkə  onu  da  sevən  bir  ailəsi  olacaqdı.  Bələk  artıq  əllərimi  yandırırdı.  Onu  yerə  yaxınlaşdırdım.  Üzünə  baxdım.  Hər  şeydən  xəbərsiz  yatırdı.  Ona  son  yaxşılığımı  da  etmişdim.  Yaxşıca  yedirmişdim.  Onsuz  gecə  yarılanmışdı.  Səhərə  qədər  yatar, səhər  də  onu  tapanlar  yəqin  bir  çarəsini  də  tapardılar.  Neynəyərdim  axı?  Onunla  həyatıma  necə  davam  edə  bilərdim  ki?  Bu  iyrənc  düşüncələrlə  onu  ağacın  altına  qoydum.  İçimdə  bir  qorxu  yarandı.  Çox  təəssüf  ki, bu  qorxu  ona  nəsə  olar  deyə  yox, məni  kimsə  görər  deyə  idi.  Amma  heç  kəs  görmədi.  Onu  elə  ağacın  altında  qoydum  və  arxamı  çevirib  gəldiyim  yolla  geri  qayıtdım.

Artıq  azad  idim.  Onun  varlığından  onsuz  heç  kəsin  xəbəri  yox  idi.  Çox  iyrənc  səslənsə  də  həmin  an  onu  da  günahlandıra  bilirdim.  Fikrimcə  ən  günahsızı, ən  yazığı  özüm  idim.  Nə  bilərdim  ki, hamilə  olduğum  bilinən  kimi  tərk  ediləcəm.  Tərk  edilməyimin  səbəbkarı  elə  tərk  etdiyim  bu  uşaq  idi.  İnadkarlığıma  görə  uşağa  toxunmayacağımı  demişdim.  O, məni  tərk  edənə  kimi  də  sözümün  üstündə  durdum.  Amma  yenə  də  tərk  edildim, yəni  heç  nə  qazanmadım.  Əksinə, daha  da  itirdim.  Qəlbimdə  bir  az  da  olsun  analıq  hissi  yox  idi.  Nəyimə  lazım  idi  ki  mənim.  Uşaqsız  da  hər  şey  öz  qaydasında  idi.  Hesabımdakı  pulla  işləməsəm  belə  rahat  3-4  il  yaşaya  bilərdim.  Sadəcə  sırf  inad  ucbatından  vaxtında  ondan  can  qurtarmadım.  O  olmasaydı, heç  tərk  edilməzdim  də.  Bir  tərəfdən  də  düşünürdüm  ki, elə  yaxşı  oldu.  Necə  biri  olduğunu  tanıdım.  Dediyim  kimi  tərk  edildikdən  sonra  artıq  inad  edəcək  heç  kim  qalmamışdı.  Onsuz  ətrafımda  yaxın  heç  kim  yox  idi.  Artıq  hər  şey  mənim  üçün  bir  qumara  çevrilmişdi.  O  uşağını  istəmirsə, mən  də  istəmirəm.  Doğulmamış  bu  körpə  mənim  üçün  bir  qumar  kağızına  bərabər  idi.  Əvvəl  dikbaşlıq  edib  ondan  canımı  qurtarmadığım  üçün  tərk  edilsəm  də, sonradan  ondan  qurtulmalı  olduğumu  düşünürdüm.  Amma  ilk  aylar  özümdə  cəsarət  tapıb  ondan  can  qurtara  bilmədim.  Həm  də  heç  varlığını  hiss  eləmirdim.  Mənə  heç  narahatlıq  vermirdi.  Çox  rahat  da  dünyaya  gəldi.  Doğulanda  belə  mənə  narahatlıq  vermədi.  Yenə  də  tək  idim.  Hamilə  vaxtı  düşünürdüm  ki, bəlkə  doğular, sonra  istəyərəm, sonradan  bağlanaram.  Dediyim  kimi  bu  günahsız  körpə  tam  bir  qumar  kartı  idi.  Hələ  açmamışdım.  Nə  çıxacağını  bilmirdim.  Açdıqdan  sonra  ona  uyğun  hərəkət  edəcəkdim.  O  doğulsa  belə  hislərim  qətiyyən  dəyişmədi.  Artıq  ana  idim.  Ona  ad  qoymalı  idim.  Amma  bu  mənimçün  əhəmiyyət  kəsb  etmirdi.  Ona  necə  baxacağımı, nə  ilə  baxacağımı  bilmirdim.  Yaxşı  ki  əvvəldən  bir –iki  şey  almışdım.  Bir  müddətlik  idarə  edəcəyini  düşünürdüm.  Onunla  nə  qədər  yaxın  təmasda  olsam  da, hələ  də  analığın  nə  olduğunu  anlamırdım.  Çünki  bütün  günü  yatırdı.  Varlığı  ilə  yoxluğu  bilinmirdi.  Evdə  dəyişən  heç  nə  yox  idi.  Yaxşı  yadıma  gəlir  ki, qardaşım  doğulanda  mən  artıq  11  yaşında  idim.  Evimizin  ab-havası  tamamilə  dəyişmişdi.  Hamımız  qardaşımın  varlığını  hiss  edirdik.  Amma  bu  körpə  belə  deyildi.  6  gün  keçmişdi.  Bağlana  bilmirdim  öz  körpəmə.  Nə  çoxdur  dünyada  uşaq  istəyən  insanlar.  Hansı  istəyər  götürər  baxar  deyə  düşünürdüm.  Elədiyim  hərəkətdən  heç  də  narazı  deyildim.  Ailəmin  yanına  qayıtmaq  fikrim  yox  idi.  Amma  şəhəri  dəyişəcəkdim.  Yeni  həyatım  başlayacaqdı.

Bunları  düşünə-düşünə  ağacdan  tam  aralanmışdım.  Park  tam  arxada  qalmışdı.  Elə  həmin  an  gecənin  qaranlığında  itlərin  çox  qorxunc  hürməsini  eşitdim.  Səs  park  tərəfdən  gəlirdi.  Dizlərimin  titrədiyini  hiss  etdim.  Ayaq  üstə  dura  bilməyib  yerə  çökdüm.  Mən  heç  bunu  düşünməmişdim.  İtlərin  ola  biləcəyi  ağlıma  da  gəlməmişdi.  Mən  neyləmişdim  axı?  Öz  əlimlə  öz  körpəmi  gecənin  bir  yarısı  tək  qoymuşdum.  Həmin  an  ilk  dəfə  ana  olduğumu  dərk  elədim.  Eslində  qəlbimin  dərinliklərində  onu  özümdən  belə  çox  sevdiyimi  hiss  elədim.  Çünki  heç  vaxt  bilərəkdən  it  səsi  gələn  tərəfə  qaçmazdım.  İndi  isə  heç  özümü  düşünmür, sadəcə  körpəmi  qoyduğum  yerdən  götürmək  və  onu  yanımdan  bir  daha  ayırmamağı  fikirləşirdim.  Qaçdıqca  ona  nəsə  olma  ehtimalı  məni  dəli  edir  və  daha  da  sürətlənirdim.  Axır  ki, ağacı  uzaqdan  görməyə  başladım.  Kənardan  düşən  işıq  ətrafı  tam  aydınlatmırdı.  Ağacın  altında  nə  olduğunu  görə  bilmirdim.  Amma  yenə  də  itlərin  hürməsi  o  tərəfdən  gəlirdi.  Çox  qorxurdum, dəli  kimi  qaçırdım.  Axır  ki, ağacın  altına  çatdım.  Körpəm  hər  şeydən  xəbərsiz  yuxusuna  davam  edirdi.  İtlərin  hürməsi  bir  az  azalsa  belə  yenə  də  bir  az  aralıdan  gəlirdi.  Onlar  mənim  körpəmə, mənim  oğluma  heç  nə  etməmişdi.  Onu  yerdən  qaldırıb  özümə  yaxınlaşdırdım.  İlk  dəfə  onun  üzündən  öpdüm.  Onda  başqa  uşaqlarda  olmayan  bir  qoxu  vardı.  İlk  dəfə  onun  qoxusunu  içimə  çəkdim.  Gözümdəki  yaşın  bir  damlası  onun  üzünə  düşdü.  Əlimlə  onu  silmək  istəyəndə  üzünün  necə  soyuq  olduğunu  hiss  etdim.  Elə  bu  an  yenə  gözümdəki  yaş  damlası  onun  üzünə  düşdü.  Oyandı  və  ağlamağa  başladı.  Bu  dəfə  elə  bil  həmişəkindən  fərqli  ağlayırdı.  Səsi  içimi  yandırırdı.  Necə  də  yanıqlı  ağlayırdı.  Əvvəl  bunu  hiss  etməmişdim.  Ona  “mən  burdayam, anan  yanındadı”  deyə  pıçıldadım  və  ayağa  qalxıb  evə  doğru  irəlilədim.  Əlbəttə  bu  dəfə  oğlumla  birgə  gedirdim.  Onun  aid  olduğu  yer  elə  mənim  yanım  idi.  Həmin  gecə  onun  mənim  üçün  nə  qədər  dəyərli  olduğumu  anlamışdım.

Elə  indi  də  o  mənim  ən  dəyərlim  olaraq  qalıb.  Artıq  o  mənə  etdiyim  səhvləri  və  ya  atasının  məni  tərk  etməyini  xatırlatmır.  Mən  indi  sadəcə  onun  ilk  dəfə  ayağa  qalxmağını, ilk  addım  atmağını, ilk  dəfə  “ana”  deməsini, ilk  dərs  gününü, uğurlarını, son  zəngini, universitetə  qəbul  olduğu  günü  xatırlayıram.  Hələ  o, yanımda  olduqca  da  onunla  bağlı  xatırlamalı  olduğum  şeylər  çoxalacaq.  Ən  əsası, mən  bu gün  onun  mənə  analığın  necə  hiss  olduğunu  öyrətdiyi  o  gecəni  xatırlayıram  və  ölənə  kimi  də  o  gecəni  unutmayacağıma  əminəm.

Münəvvər  Sahibqızı

Paylaş
Növbəti məqaləBir günahın kölgəsində

Şərh yoxdur

Şərh yaz